BAKI, 8 iyun. TELEQRAF
İMİŞLİ, 8 iyul. TELEQRAF
İmişli rayonunda Araz çayında batan məktəblinin axtarışları davam edir.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin daha səmərəli aparılması məqsədilə Bəhrəmtəpə Hidroqovşağından Araz çayı yatağına buraxılan suyun səviyyəsi azaldılıb.
Məlumata görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Turan Mirağa oğlu Mirişli Araz çayına düşərək boğulub.
Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları əraziyə cəlb olunub.
Hazırda Mirişli Turan Mirağa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə intensiv axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır. Axtarışların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.