BAKI, 8 iyun. TELEQRAF
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.
