BAKI, 4 iyun. TELEQRAF
Azərbaycanda ötən gün polisin keçirdiyi əməliyyat nəticəsində aşkar olunan narkotik vasitələrin miqdarı məlum olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirıiyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 3-də ümumi çəkisi 50,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 220 ədəd, yabanı halda bitmiş 1,6 ton çəkidə 16300 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.