BAKI, 3 iyun. TELEQRAF
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən hotellərin birində naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçirib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə törətməkdə şübhəli bilinən Ə.Mürsəlov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.