BAKI, 3 iyun. TELEQRAF
Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Mehriban Abasquliyeva isə bu gün son söz deməyə hazır olmadığını bildirib. Hakim günün ikinci yarısına qədər söz söz demək üçün ona vaxt verib.
Günün ikinci yarısında Mehriban Abasquliyevanın prosesdə iştirak etmədiyi məlum olub. Vəkil bildirib ki, müvəkkilinin səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.
Hakim qeyd edib ki, xəstəxanaya sorğu veriləcək və qəsdən yayınma halı müəyyən olunarsa, Mehriban Abasquliyeva barəsində həbs qətimkan tədbiri seçiləcək.
Növbəti məhkəmə prosesi iyunun 4-nə təyin edilib.
Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.