BAKI, 3 iyun. TELEQRAF
Yasamal rayonu ərazisində yerləşən marketlərdən oğurluq edilib.
Teleqraf-ın xəbərinə görə, nəticədə zərərçəkənlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan dəyib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı R.Gözəlov və 44 yaşlı Z.Baxışzadə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.