BAKI, 3 iyun. TELEQRAF

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin regional qrupunda bildirilib.

Məlumata görə, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.