GƏNCƏ, 3 iyun. TELEQRAF

Gəncədə 61 yaşlı kişinin meyiti aşkarlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1965-ci il təvəllüdlü Mehman Teymurovun meyiti yaşadığı evdə tapılıb.

İlkin məlumata görə, M.Teymurov hadisə zamanı evdə tək olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.