BAKI, 3 iyun. TELEQRAF

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə, həmçinin ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

***

2 iyun

23:55

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Yanğın qısa müddətdə məhdudlaşdırılıb.