BİLƏSUVAR, 2 may. TELEQRAF

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

İlkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan iki kiçik tutumlu yük avtomobili toqquşub.

Arxadan gələn yük avtomobili qarşıda hərəkət edən digər yük avtomobilinə çırpılıb. Nəticədə Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.