BAKI, 1 iyun. TELEQRAF
Paytaxtın Binəqədi rayonunda evlərdən birindən 6000 dollar nağd pul naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 51 yaşlı G.İsgəndərov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun taladığı evdə bir müddət usta kimi çalışdığı da məlum olub.
Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə iki marketdən spirtli içki, tütün məmulatı və digər məhsulları oğurlamaqda şübhəli bilinən 48 yaşlı R.Hüseynov və 21 yaşlı A.Abbaslı da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar aparılır.