GÖYGÖL, 31 may. TELEQRAF
Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.
Belə ki, "BMW" və "KIA" markalı avtomobillərin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Zeynəb Cabbarova və onun oğlu, 2002-ci il təvəllüdlü Cabir Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzada xəsarət alan şəxslər Vətən müharibəsi şəhidi Muraz Cabbarovun anası və qardaşıdır.