AĞCABƏDİ, 30 may. TELEQRAF

Ağcabədi rayonunda kanaldan qadın meyiti aşkarlanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, əslən Tərtər rayonunun Köçərli kəndindən olan, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovanın meyiti kanalda tapılıb.

Meyit sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

İlkin məlumata əsasən, qadının intihar etdiyi bildirilir. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Faktla bağlı müvafiq orqanlar tərəfindən istintaq tədbirləri davam etdirilir.