CƏLİLABAD, 28 may. TELEQRAF
Cəlilabadda 18 yaşlı gənc suda boğulub.
Teleqrafın Cənub Bürosu xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənddəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.
Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.