BAKI, 26 may. TELEQRAF

YEVLAX, 26 may. TELEQRAF

Yevlax şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı nəvə həyatını itirib, baba isə ağır xəsarət alıb.

Teleqraf-ın xəbərinə görə, qəza hadisəsi
şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü yolu keçən baba ilə nəvəni vurub.

Nəticədə nəvə hadisə yerində dünyasını dəyişib, baba isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.