BİLƏSUVAR, 25 may. TELEQRAF

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədli Tural İbrahim oğlunu elektrik cərəyanı vurub. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.