İMİŞLİ, 25 may. TELEQRAF
İmişli şəhərində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət alıb.
Teleqraf-ın xəbərinə görə, hadisə Seymur Əzizalıyev küçəsində qeydə alınıb. “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Yaralanan şəxslər İmişli Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumatlarda ölənlərdən birinin polis əməkdaşı olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.