BAKI, 23 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.