BAKI, 21 may. TELEQRAF
İstanbulda narkotikdən istifadə edən şəxslərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 20 şübhəlidən 11-in işi məhkəməyə göndərilib.
Teleqraf xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğundan verilən açıqlamaya görə, hüquq-mühafizə orqanları tərəfindən aparılan son əməliyyatlar nəticəsində xaricdən dəniz yolu ilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi nəzərdə tutulan çoxlu miqdarda kokain müsadirə edilib. Həmçinin İstanbulun müxtəlif rayonlarında çoxlu sayda narkotik satıcısı həbs edilib.
Narkotikdən istifadədə şübhəli bilinən məşhurlardan Berkay Şahin, Aslıhan Turanlı, Volkan Bahçekapılı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora, Hakan Aydın, Cansu Tekin və Yaşar Özdaşla bağlı toplanmış materiallar məhkəməyə təqdim olunub.
Məhkəmə yaxın günlərdə işə baxacaq və müvafiq qərar qəbul edəcək.