BAKI, 21 may. TELEQRAF

Xəzər dənizində zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 05:47-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,6 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.