BAKI, 19 may. TELEQRAF
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 62 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 869 kq 645,525 qr narkotik vasitə çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 70-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 723 kq 077,3 qr narkotik vasitə və psixotrop maddə və 4,2 qr güclü təsir edən maddə müsadirə edilib.