SAMUX, 16 may. TELEQRAF
Samux rayon Qarağacı kənd ərazisində balıq tutmağa gedən Bakı şəhər sakini 1952-ci il təvəllüdlü Sergey Qeorqiyeviç ehtiyatsızlıqdan boğularaq ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən meyit sudan çıxarılaraq ekspertizaya təhvil verilib.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başlanılıb.