BAKI, 15 may. TELEQRAF

Rusiyanın Başqırdıstan respublikasında "Transneft-Ural" ASC-nin törəmə şirkətində baş verən yanğın zamanı 4 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə TASS şirkətin saytına istinadən məlumat yayıb.

Şirkətdən qeyd edilib ki, podratçının üç işçisi xəstəxanadadır.

Yanğın istismardan çıxarılmış saxlama çənində çöküntülərin təmizlənməsi işləri zamanı baş verib.