BAKI, 12 may. TELEQRAF

Abşeron rayonunda bir nəfərə məxsus 2300 manat dəyərində mobil telefon oğurlanıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Abdullayev saxlanılıb.

Binəqədi rayonunda isə yeni tikilməkdə olan evlərin birindən təmir-tikinti alətləri və metal borular oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı N.Bağırov da saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.