BAKI, 28 aprel. TELEQRAF
Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
Teleqraf-ın xəbərinə görə, məhkəmə şikayəti təmin etməyib.
Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham irəli sürülmüşdü.