BAKI, 15 aprel. TELEQRAF

Masallı şəhərində dörd otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.