BAKI, 15 aprel. TELEQRAF
Bakının Sabunçu rayonunda yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.