BAKI, 13 aprel. TELEQRAF

Biləsuvar şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə. ümumi sahəsi 49 m² olan köməkçi tikilinin tavanı 36 m² sahədə və döşəməsi 16 m² sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.