AĞCABƏDİ, 12 aprel. TELEQRAF
Ağcabədi rayonunda şadlıq sarayında halı pisləşən 35 yaşlı kişi dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində baş verib.
Rayon sakini, 1991-ci il təvəllüdlü Nəcəfov Samir Vidadi oğlunun səhhəti toyda iştirak edərkən anidən pisləşib. Yaxınları S.Nəcəfovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da, o, yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.