TƏRTƏR, 12 aprel. TELEQRAF
Ötən gecə Tərtərdə qətl hadisəsi törədən şəxs saxlanılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Tərtər şəhər ərazisində həmyerlisi Nabil Aslanovu qətlə yetirən 1995-ci il təvəllüdlü Səfixan Nağıyev polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı araşdırma davam etdirilir.