GÖYÇAY, 10 aprel. TELEQRAF

Ötən ay Göyçayda kanalda batan gəncin meyiti tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, mart ayının 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur ki, axtarışları davam edən 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti FHN-nin Aran Dalğıc Axtarış Qrupu tərəfinfdən az öncə Kanalın Hacıalı kəndi yaxınlığından keçən hissəsində tapılaraq sahilə çıxarılıb.

Meyit aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır