SUMQAYIT. 10 aprel. TELEQRAF
Sumqayıtda meyit aşkarlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 14-cü məhəllə ərazisində qeydə alınıb.
1980-ci il təvəllüdlü Abdurahmanov Anar Əhmədimuxtar oğlunun cansız bədəni dayanacaq yaxınlığında yerləşən istifadəsiz köşkdə tapılıb.
Faktla bağlı araşdırma aparılır.