GƏNCƏ, 10 aprel. TELEQRAF

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə aprelin 9-da şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

1992-ci il təvəllüdlü İbrahim Hüseynovun idarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə 1953-cü il təvəllüdlü Mübariz Məmmədovun idarə etdiyi “VAZ 2104” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 2104” markalı avtomobilin sürücüsü Mübariz Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmin avtomobildə sərnişin olan 2010-cu il təvəllüdlü Müzəffər Qasımov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.