BAKI, 9 aprel. TELEQRAF
Bakı şəhərinin Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Volvo" markalı yük avtomobilinin kabina hissəsi və yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilinin qoşqusunun üzərinə çəkilən tent üzlük yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, xəsarət alan şəxsə yerində ilkin tibbi yardım göstərilib. Yük avtomobillərinin qalan hissəsi və ərazidə dayanan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.