MİNGƏÇEVİR, 8 aprel. TELEQRAF
Mingəçevir şəhərinin Füzuli küçəsində gecə saatlarında avtomobil restorana çırpılıb.
Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, idarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil səkiyə qalxaraq “Qala” restoranının yerləşdiyi binaya çırpılıb.
Hadisə zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Qurban İsmayılov, 2006-cı il təvəllüdlü Ruslan Əhmədov və 2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.