CƏLİLABAD, 7 aprel. TELEQRAF

Cəlilabad sakini bədbəxt hadisənin qurbanı olub.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Qəhrəman Yadigar oğlu Bakı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Mərhumun nəşi doğulduğu Cəlilabad rayonunun Maşlıq kəndində torpağa tapşırılacaq.