BAKI, 7 aprel. TELEQRAF
Abşeron rayonunun Saray qəsəbəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, ümumi sahəsi 250 m² olan birmərtəbəli tikiş sexinin içərisində parça materialları 120 m² sahədə və dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.