BAKI, 1 aprel. TELEQRAF
Azərbaycanda ötən gün polis narkotiklərin aşkar olunması və götürülməsi ilə bağlı əməliyyat tədbirləri görüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 31-də ümumi çəkisi 67 kiloqramdan artıq narkotik vasitə və 201 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.