BAKI, 22 mart. TELEQRAF

Martın 21-də dələduzluq ittiham ilə axtarışda olan 3 nəfər saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının martın 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.