BAKI, 25 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Nəsimi rayonunda yerləşən yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq xüsusi vasitələrin köməyi ilə mənzilin qapısını açıb və köməksiz vəziyyətdə qalan 1949-cu il təvəllüdlü vətəndaşın xilas olunmasını təmin ediblər.