ŞƏMKİR, 24 fevral. TELEQRAF
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri məlum olub.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 24-də saat 17:10-da Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (iki kişi, üç qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb.
Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
19:06
Şəmkirin Qasımalılar kəndində ağır yol qəzası baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "VAZ-2106" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.
Qəzada dörd nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.