BAKI, 23 fevral. TELEQRAF
Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verən qətlin təfərrüatları məlum olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Lev Starçuk küçəsində yaşayan İqor Lısenko Rusiyada yaşayan dostu İlqar Məmmədovu Bakıya çağırıb.
Dostlar bir müddət bir yerdə yaşayıb. Daha sonra aralarında mübahisə düşüb. Bu səbəbdən İlqar Məmmədov İqora məxsus avtomobildə gecələməli olub. İ.Lısenko gecə saatlarında avtomobildə olan İ.Məmmədova yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi vurub. İ.Məmmədov hadisə yerində ölüb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, İ.Məmmədov və İ.Lısenko tez-tez birgə içki qəbul edirmiş. İ.Lisenko anasına məxsus evdə yaşayırmış.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Fotoda: qətlə yetirilən İlqar Məmmədov

.jpg)
.jpg)

***
13:15
Fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.