ŞƏKİ, 16 fevral. TELEQRAF

Şəkidə bədbəxt hadisə baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Abuzər Əsgərov kənd ərazisində yerləşən kanala düşüb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun epilepsiya xəstəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.