BAKI, 16 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə, Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 128kv.m. olan üçotaqlı mənzilin mətbəxində 3p.m. mətbəx mebeli və məişət əşayaları yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.