BAKI, 16 fevral. TELEQRAF
Çinin Tsyansu əyalətində fişəng satılan mağazada baş verən partlayış nəticəsində səkkiz nəfər həyatını itirib, daha iki nəfər isə xəsarət alıb.
Teleqraf xəbər verir ki, “Sinxua” agentliyinin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, partlayış yerli sakinlərdən birinin mağazanın yaxınlığında fişəngi düzgün quraşdırmaması nəticəsində baş verib.
Məlumata görə, partlayışdan sonra ərazidə yanğın da yaranıb. Hadisədə təqsirli olduğu ehtimal edilən şəxslər saxlanılıb, hazırda araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl də Çinin şimalında yerləşən bir müəssisədə partlayış baş vermiş, nəticədə səkkiz nəfər ölmüşdü.