AĞCABƏDİ, 14 fevral. TELEQRAF

Baş vermiş yol qəzası ilə bağlı Ağcabədi Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Teleqraf xəbər verir ki, məlumata əsasən, 13.02.2026-cı il tarixində saat 20:40 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alanlardan 2010-cu il təvəllüdlü şəxs Əməliyyat blokuna alınıb.

2009-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində daha bir 2009-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

****

00:18

Ağcabədidə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Teleqraf-ın Qarabağ Bürosunun xəbərinə görə, zəncirvari qəza FHN-in Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qarşısında baş verib.

Rayon sakini Rzayev Hacımirzə Mərdan oğlu idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil Yanğından Mühafizə Hissəsinin əməkdaşlarına məxsus şəxsi avtomobillərə çırpılıb.

Qəza nəticəsində Rzayev Hacimirzə Mərdan oğlu, Cəfərov Rəhman Anar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Baş vermiş hadisə zamanı xəsarət alan Ələkbərov Vahid Nail oğlu isə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək, avtomobilin sürücüsü Rzayev Hacimirzə Mərdan oğlunun atası Mərdan Rzayev Ağcabədinin axundu olub.

Faktla bağlı araşdırma aparılır.