BAKI, 13 fevral. TELEQRAF
Mingəçevirdə mikroavtobus minik avtomobilinə çırpılması nəticəsində sürücü ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Mingəçevər şəhərində Cəmil Əliyev küçəsində baş verib. Sərnişin təyinatlı “Ford” markalı mikroavtobus yol kənarında dayanıqlı vəziyyətdə olan minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində mikroavtobusun sürücüsü 1962-ci il təvəllüdlü Salahov Elxan Balabəy oğlu ölüb. İlkin müayinə zamanı onun qəfil ürək tutmasından vəfat etdiyi və bu səbəbdən sükan arxasında idarəetməni itirərək nəqliyyat vasitəsinin hərəkətsiz avtomobilə çırpıldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.