SUMQAYIT, 12 dekabr. TELEQRAF
Sumqayıtda 38 yaşlı qadın bıçaqlanıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Bulvar küçəsi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, 1986-cı il təvəllüdlü Allahverdiyev Yusif Seyfulla oğlu şəxsi münaqişə zəminində 1988-ci il təvəllüdlü Muxtarova Zəhra Vəli qızını əvvəlcə döyüb, daha sonra bıçaqla xəsarətlər yetirib.
Ağır xəsarət alan qadın təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, zərərçəkənə döş qəfəsinin arxa səthinin kəsilmiş-deşilmiş yarası, həmçinin ağız və burun nahiyəsinin travmaları diaqnozu qoyulub.
Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir. Vəziyyətinin stabil olduğu qeyd edilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yusif Allahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.