BAKI, 8 yanvar. TELEQRAF
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Teleqraf-ın xəbərinə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb.
Məlumata görə, ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
