TƏRTƏR, 7 yanvar. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər şəhəri, Rasim Mürsəlov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Qazel” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin kabina və mühərrik hissəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

***

14.00

Tərtər yük avtomobili yanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Tərtər şəhərində baş verib.

"QazEl" markalı yük avtomobili anidən alışıb. Avtomobildə baş verən yanğın zamanı qısa müddətdə yük avtomobilinin kabin hissəsi yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-nin yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürən əməkdaşları yanğını söndürərək ətrafdakı avtomobillərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.